Türk Hava Qurumu Universitetində Xocalı soyqırımı anılıb
26 fevral 2013 04:24 (UTC +04:00)

Türk Hava Qurumu Universitetində Xocalı soyqırımı anılıb

 

Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Ankarada Türk Hava Qurumu Universitetində geniş tərkibli konfrans keçirilib.

 

Tədbirdə, AR Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov,  TR Mədəniyyət və Turizm Nazirinin müavini Abdurrahman Arıcı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla çox sayda türkiyəli millət vəkili, AR MM-nin üzvləri Qənirə Paşayeva və Musa Qasımlı, TR Konstitusiya Məhkəməsinin üzvləri, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov, TR sabiq Səhiyyə Naziri Halil Şıvqın, Ankaranın Etimesqut Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, Türk Hava Qurumu Universitetinin professor müəllim heyəti ilə yanaşı çox sayda tələbələri, diaspor və ictimaiyyət nümayəndələri, Ankarada təhsil alan tələbələrimiz və çox sayda KİV nümayəndələri iştirak ediblər.

 

Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlanıb. Daha sonra Xocalı Soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən türk dilində hazırlanmış sənədli film tədbir iştirakçılarına nümayiş etdirilib.

 

Ardından Türk Hava Qurumu Universitetinin Rektoru Prof. Dr. Ünsal Ban açılış nitqini həyata keçirərək Xocalı Soyqırımı ilə bağlı geniş şəkildə çıxış edib. Daha sonra çıxış üçün söz AR Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, TR Mədəniyyət və Turizm nazirinin müavini Abdurrahman Arıcı, millət vəkili Qənirə Paşayeva, səfir Faiq Bağırov və Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvara verilib. Natiqlər öz çıxışlarında Xocalı Soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs ediblər.

 

Çıxışların ardından, Necdet Ünüvarın idarəçiliyində, Əli Həsənov, Qənirə Paşayeva, AMEA-dan Rəna Mirzəzadə, Abdurrahman Arıcı, Türkiyə millət vəkili Tülay Selamoğlu, Aviasiya Akademiyasından Aydın Kazımov, millət vəkili Musa Qasımlı və Çingiz Bayramovun çıxış etdikləri Xocalı Soyqırımı ilə bağlı elmi-siyasi panel öz işinə başlayıb.

 

Panel çərçivəsində Türk Hava Qurumu Universitetinin tələbələrinə də söz verilmiş, Suriyalı və Ukraynalı iki xarici tələbənin Xocalı Soyqırımı ilə bağlı şərhləri bütün tədbir iştirakçılarını duyğulandırıb.  

 

Panelin ardından Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş foto-sərgi açıq elan edilib. 

 

Tədbir zamanı konfrans iştirakçılarına Xocalı Soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunub, Xocalıya Ədalət Beynəlxalq İmza Kampaniyası çərçivəsində iştirakçılardan imza toplanıb.

 

Qeyd etmək istərdik ki, Səfirliyimizin təşəbbüsü ilə Türkiyədə keçən ildən etibarən nəşr olunmağa başlayan "İrs-Miras" jurnalının bu ilki Bahar nömrəsində Xocalı Soyqırımına və ümumiyyətlə ermənilərin soyqırım siyasətinə geniş yer ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781
avatar

Oxşar yazılar