Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin qeydiyyatdan keçmədiyini nəzərə alaraq vaxtı 4 sentyabr saat 17:00-dək uzadıb.
Bu barədə TQDK-dan Lent.az-a məlumat verilib. Abituriyentlər qeyd olunan müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin də qeydiyyat müddəti 4 sentyabr saat 17:00-da başa çatacaq və bu müddət uzadılmayacaq.
Xatırladaq ki, abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.