TQDK qəbul imtahanlarında yüksək nəticə əldə etmiş abituriyentlərin valideynləri ilə görüşlər təşkil edəcək. Bu barədə Lent. az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Yaxın günlərdə respublikanın regionlarında Prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri, müəllimləri, həmçinin şagirdləri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məktəblərin rəhbərləri ilə görüşlər də keçiriləcək. Bölgələrdə tədbirlər TQDK-nın regional bölmələri vasitəsi ilə təşkil olunacaq. Görüş iştirakçılarına 600-dən çox bal toplayan gənclər haqqında məlumatların əks olunduğu “Abituriyent” jurnalının 11-ci sayı və müxtəlif hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, daha ətraflı məlumat TQDK-nın rəsmi saytında yerləşdirilib.