TQDK unutqanlar üçün xüsusi xidmət yaratdı
26 fevral 2013 16:10 (UTC +04:00)

TQDK unutqanlar üçün xüsusi xidmət yaratdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Ödəmə kartları - mobil xatırlatma” xidmətini istifadəyə verib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkədəki mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən “Elektron ərizə vermək üçün ödəmə kartı” və ya “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər. 

“Elektron ərizə vermək üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2, “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. 

Xidmət haqqı 0,10 manat təşkil edir. ƏDV daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1813
avatar

Oxşar yazılar