“Bu il yeni qaydalara əsasən, magistratura pilləsində jurnalistika ixtisasını müxtəlif humanitar sahələri bitirən bakalavrlar seçə bilərlər”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri qeyd edib ki, onlar ikinci mərhələdə jurnalistikanı seçmək üçün müsabiqədən keçiblər. Bu proqram üzrə 36 yer var idi. “Həmin müsabiqədə iştirak etmək üçün xüsusi ərizəni 24 nəfər doldurub. Onların hamısı II mərhələyə-yazı işi yazmağa buraxılıb”.
Bakalavriat pilləsində jurnalistika ixtisasını seçmək istəyənlər isə test imtahanı verib müvafiq balı toplayandan sonra yazı işi yerinə yetirməlidirlər.
M. Abbaszadə deyib ki, bu il cəmi 370 nəfər ərizəsində jurnalistikada oxumaq istədiyini qeyd edib: “Ötən il jurnalistikada oxumaq istəyən 3 minə yaxın abituriyent I yerdə bu ixtisası yazıb. Hələ jurnalistikada oxumaq istəyən 370 nəfərdən neçəsinin an azı 250 bal toplayaraq müsabiqəyə buraxılacağı bəlli deyil. Ona görə də bu yerlərin boş qalacağını gözləyirik. Nəzərdə alsaq ki, jurnalistika fakültəsində belə qaydalar bir ildir tətbiq olunub. Sənəd qəbulu artıq bitib. Ancaq III qrupu seçən abituriyentlərə öz ərizələrini təsdiqləyəndə jurnalistika üzrə qeydiyyatdan keçmək üçün həftənin axırına kimi imkan verilir”.

TQDK sədri həftənin sonuna qədər vaxt verdi
Oxşar yazılar

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35