TQDK sədri Əli İnsanovun ittihamlarına münasibət bildirdi
19 fevral 2014 17:38 (UTC +04:00)

TQDK sədri Əli İnsanovun ittihamlarına münasibət bildirdi

TQDK sədri Məleykə Abbaszadə sabiq səhiyyə naziri Əli İnsanovun son məhkəməsində ona qarşı səsləndirdiyi ittihamlara və məhkəmədə dindirilməsi barədə söylədiyi fikirlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, Komissiya sədri jurnalistlərə açıqlamasında bildirib ki, sabiq nazirin fikirləri ilə bağlı heç bir açıqlama verməyəcək: “Çünki məhkəmə, istintaq bu məsələ ilə məşğul olur. Bununla bağlı komissiyaya nə sorğular daxil olubsa, onların hamısını rəsmi şəkildə cavablandırmışıq. Mənə elə gəlir ki, bu məsələ hüquq-mühafizə orqanlarının məsələsidir. Onlar bütün məsələlərə aydınlıq gətirməyə qadirdilər”.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov məhkəməsində bildirib ki, Məleykə Abbaszadə onun barəsində MTN-ə həqiqətə uyğun olmayan məlumatlarla məktub göndərib. Ona görə də M. Abbaszadə və həmin sahəyə nəzarət edən Fatma Abdullazadə məhkəmədə dindirilməlidir. Ə. İnsanov qaldırılan vəsatətə münasibət bildirərkən deyib ki, həmin şəxslərin məhkəməyə çağırılacağına inanmır: “Onlar da heç məhkəməyə gəlməzlər. Çünki onlar bilirlər ki, mənim onlara suallarım olacaq. Onlar necə əsaslandıracaqlar ki, cəmi 12 bal toplamış adını çəkmək istəmədiyim şəxsi Tibb Universitetinə hansı əsasla qəbul ediblər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1291

Oxşar yazılar