TQDK sədri: <b>“Meyitlə işləmək istəmirlər”</b>
29 yanvar 2015 13:23 (UTC +04:00)

TQDK sədri: “Meyitlə işləmək istəmirlər”

0

 


“Azərbaycanda 20 ildir ki, qəbulun nəticələri təhlil edilir. Təkcə oğlan və qızların necə oxumasını deyil, hansı regionlarda onların necə oxuduqlarını, hansı ixtisaslara daha çox üstünlük verdiklərini öyrənirik”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, Azərbaycanda yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı daha çoxdur.

“Amma ən pis nəticə göstərənlərin də, yəni 100 baldan aşağı toplayanların da arasında üstünlüyü oğlanlar təşkil edir: Yəni oğlanlar ya yaxşı oxuyurlar, ya da heç oxumurlar”.

M. Abbaszadənin sözlərinə görə, Tibb Universitetinin tələbələri arasında qızlar daha çox üstünlük təşkil edir: “Rezidenturada da təhsil alanların çoxu qızlardır. Lakin onların heç biri (ixtisaslarına uyğun olaraq) meyitlərlə işləmək istəmirlər".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar