“Orta məktəblərdə monitorinq imtahanlarının aparılması çox vacibdir”.
Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında bildirib. M. Abbaszadənin sözlərinə görə, indi 5-ci sinfə qədər yeni kurikulumla tədris aparılır. “Həmin siniflərdə uşaqlar 6 ildən sonra buraxılış imtahanına gələcək. Onların hazırlıq mərhələsi üçün hər bir sinifdə monitorinq vacibdir”-deyə, TQDK sədri əlavə edib.
M. Abbaszadə onu da vurğulayıb ki, bununla bağlı TQDK layihə hazırlayır.