TQDK sədri: “Bilik səviyyəsinə görə axırıncı yerlərdəyik”
14 fevral 2013 18:58 (UTC +04:00)

TQDK sədri: “Bilik səviyyəsinə görə axırıncı yerlərdəyik”

“Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PİSA) əsasən, Azərbaycan 15 yaşlı uşaqların biliyinin səviyyəsinə görə 57 ölkə arasında 56-cı yerdədir”. Lent.az-ın məlumatına görə, bunu TQDK  sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri vurğulayıb ki,  orta məktəblərdə savadsızlığa, nadanlığa və tənbəlliyə qarşı müharibə elan edilməlidir. “Biz qan tökməzdən əvvəl tər tökməliyik.”-deyə, TQDK sədri əlavə edib.

 

M. Abbasazadə onu da bildirib ki, hazırda orta məktəblərdə təhsilin, müəllimlərin və şagirdlərin səviyyəsi çox ciddi problemdir: “Orta məktəblərdə bu ildən aparılacaq monitorinq imtahanlarının nəticələri ictimaiyyətə və prezidentə təqdim olunacaq. Monitorinqlər V sinifdən başlayaraq bütün siniflərdə aparılacaq. Artıq dərsliklərin monitorinqlərindən sonra dərslik müəllifləri özlərini yaxşı hiss etmirlər. Monitorinq imtahanlarının nəticələri açıqlanandan sonra təhsil şöbələri və müvafiq icra qurumu da özünü yaxşı hiss etməyəcək”.

 

TQDK sədri onu da  vurğulayıb ki, Azərbaycanda təhsil sektoruna kifayət qədər maliyyə vəsaiti ayrılır: “Lakin təhsilin problemləri həddindən artıq çoxdur. Bunlar addım-addım həll olunmalıdır. Ona görə ki, bunun üçün siyasi iradə var”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1988
avatar

Oxşar yazılar