TQDK sədri: “Bakalavrlar qiymətlərinin reallıqlara əsaslandığını bilsəydilər...”
30 yanvar 2013 15:39 (UTC +04:00)

TQDK sədri: “Bakalavrlar qiymətlərinin reallıqlara əsaslandığını bilsəydilər...”

“Magistratura səviyyəsinə qəbul olan bakalavrlar daha çox qiyabi təhsil formasını seçirlər. Ona görə ki, onlar əyani formada tədris almaqdan daha çox işləmək, əmək fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər. Onların magistr diplomları sadəcə, sənədlərinə bir əlavədir”.

 

 

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə çıxışında bildirib. TQDK sədri qeyd edib ki, əgər bakalavrlar qiymətlərinin reallıqlara əsaslandığını və təhsil aldıqları magistratura təhsili üzrə biliklərinin fərqlənəcəyini bilsəydilər, onlar da əyani təhsil alardılar.

 

M. Abbaszadə magistratura səviyyəsi üzrə qəbul imtahanlarının ixtisas üzrə II mərhələ imtahanlarının ləğvinə hazır olduqlarını açıqlayıb: “Biz hazırıq ki, ali məktəblərin magistratura imtahanlarının II mərhələsinin üstündən xətt çəkək. Amma ali məktəblər buna hazırdırmı? Buna görə də biz II mərhələnin imtahanını keçiririk. Əgər ali məktəblər bakalavra verdikləri qiymətlərin real olduğuna inanarlarsa, onda magistraturaya qəbul imtahanlarında bu qiymətlər nəzərə alınar və imtahanın II mərhələsi keçirilməz. Yalnız ehtiyac olduqda yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslarda qəbulun II mərhələsi təşkil olunar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936

Oxşar yazılar