“Ölkə üzrə 535 nəfər 11-ci sinif şagirdinin şəxsiyyət vəsiqəsi yoxdur”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, həmin şagirdlər haqqında məlumat şagird-məzun sisteminə daxil edilməyib. “9-ci sinfə aid olan statistika isə daha qorxuludur. Qeyd olunan sinif üzrə 2048 nəfər haqqında məlumat şagird-məzun bazasına daxil edilməyib. Bunlardan 122 nəfəri Bərdə, 260 nəfəri Sabunçu, 108 nəfəri Qaradağ, 106 nəfəri Şəmkir, 125 Suraxanı isə rayonunun payına düşür”.
M. Abbaszadə onu da vurğulayıb ki, bu şagirdlərin sənədləri yoxdur və buna görə də onlar buraxılış imtahanına buraxılmayacaqlar.
TQDK sədrinin sözlərinə görə, ümumilikdə (9 və 11-ci siniflər üzrə) Sabunçu rayonu üzrə 272 nəfərin məlumatı daxil olmayıb ki, onların 164-ü oğlan, 108-i isə qızdır. “Suraxanı rayonu üzrə 152 nəfərin sənədi daxil olmayıb ki, onlardan 115-i oğlan, 37-si qızdır. Bərədə rayonunda sənədi olmayan 158 nəfərin 50-si oğlan, 108-i qız, Şəmkirdə isə 124 nəfərdən 84-ü oğlan, 40-ı qızdır. Valideynlər övladlarının sənəd problemini həll etməlidirlər. 2551 şagirdin taleyi qeyri-müəyyəndir. Yəni onlar haqqında şagird-məzun bazasında məlumat yoxdur”.
TQDK sədri: “2551 şagirdin taleyi qeyri-müəyyəndir”
927