TQDK abituriyentlərə müraciət etdi
29 avqust 2013 17:30 (UTC +04:00)

TQDK abituriyentlərə müraciət etdi

TQDK ali məktəblərin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərə müraciət edib. Komissiyadan Lent.az-a verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər sentyabrın 4-dək  qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə  göndərilməyəcək.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar