Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il martın 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O qeyd edib ki, imtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində ümumilikdə 37 binada təşkil olunub. İmtahan bütün binalarda saat 13:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb: “İmtahanın nəticələri yaxın günlərdə məlum olacaq”.
Mətbuat katibi onu da bildirib ki, imtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb.
Qeyd edək ki, magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də keçiriləcək.