TQDK-nın test tapşırıqlarını yayan şəxs 5 min manat cərimələndi
05 sentyabr 2016 12:02 (UTC +04:00)

TQDK-nın test tapşırıqlarını yayan şəxs 5 min manat cərimələndi

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır.

 

TQDK-dan Lent.az-a verilən məlumata görə, buna baxmayaraq, bu il martın 6-da ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb. O, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib.

 

Bununla da həmin sualların qeyd olunduğu sual kitabçalarının imtahandan sonra TQDK-nın razılığı olmadan sosial şəbəkədə və digər internet saytlarında yayılması imtahan suallarının məxfiliyinin qorunması qaydalarının pozulmasına səbəb olub. Əvvəlki illərdə keçirilən magistraturaya səviyyəsinə qəbul imtahanlarında istifadə olunan imtahan suallarından növbəti illərdə keçirilən imtahanlarda istifadə olunur. Nəticədə TQDK yenidən mütəxəssislərin cəlb edilməsi, yeni sualların hazırlanması və s. tədbirlər həyata keçirmək məqsədilə xeyli miqdarda vəsait sərf edib ki, bu da dövlət qurumuna mühüm zərər vurulmasına səbəb olub. Bundan başqa Şərifov Rəşadət Rəşid oğlu tərəfindən TQDK və “Abituriyent” jurnalı redaksiyasına məxsus “Abituriyent 2016 Magistr №1”, “Abituriyent 2016 Magistr №2” jurnallarının qanunsuz yayılması müəllif hüquqlarının pozulmasına səbəb olub.

 

Qeyd olunanlarla əlaqədar TQDK və “Abituriyent” jurnalı redaksiyası Şərifov Rəşadət Rəşid oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edib.  Məhkəmə iclasında cavabdeh Şərifov Rəşadət Rəşid oğlu izahatında bildirib ki, səhv etdiyini başa düşür və gələcəkdə belə hallara yol verməyəcək.

 

Yekunda Zərdab Rayon Məhkəməsinin 14 iyuldakı  iclasında Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qəbul etdiyi 2(035)-570/2016 saylı qətnamədə:

 

İddiaçılar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “ Abituriyent” Jurnalı Redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması cavabdeh Şərifov Rəşadət Rəşid oğluna qadağan edilməsi;

İddiaçı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 ( iki min beş yüz ) manat məbləğində pul tutularaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ödənilməsi;

İddiaçı “Abituriyent” jurnalı redaksiyasının müəllif hüquqlarının pozulmasına görə dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 ( iki min beş yüz) manat məbləğində pul tutularaq “ Abituriyent” Jurnalı Redaksiyasına ödənilməsi;

Məhkəmə qətnaməsinin cavabdeh Şərifov Rəşadət Rəşid oğlunun ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda yerləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və s. müddəalar öz əksini tapıb.

 

Nəzərinizə çatdıraq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” jurnalı redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcəkdir. Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan TQDK və “Abituriyent” jurnalı redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla sürətinin çıxarılması qadağandır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250

Oxşar yazılar

Naxçıvan, İstanbul və Mərkəzi Asiya ölkələrinə uçuşların sayı artırılır

Naxçıvan, İstanbul və Mərkəzi Asiya ölkələrinə uçuşların sayı artırılır

14 iyun 2025 , 18:27
AZAL bir neçə reysi LƏĞV ETDİ

AZAL bir neçə reysi LƏĞV ETDİ

14 iyun 2025 , 15:26
Güclü külək əsəcək  - NARINCI XƏBƏRDARLIQ

Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ

14 iyun 2025 , 14:13
Xankəndidə 37 il sonra  "Son zəng" çalındı

Xankəndidə 37 il sonra "Son zəng" çalındı

14 iyun 2025 , 13:11
Azərbaycan məktəblərində "Son zəng" - FOTOLENT

Azərbaycan məktəblərində "Son zəng" - FOTOLENT

14 iyun 2025 , 13:02
Niyə günəş eynəyini hətta buludlu havada da taxmaq lazımdır?

Niyə günəş eynəyini hətta buludlu havada da taxmaq lazımdır?

14 iyun 2025 , 12:46
Sabah güclü leysan  yağacaq - PROQNOZ

Sabah güclü leysan yağacaq - PROQNOZ

14 iyun 2025 , 12:43
Bilik açarını o aldı -  VİDEO

Bilik açarını o aldı - VİDEO

14 iyun 2025 , 12:10