TQDK-nın yeni ünvanı bəlli oldu
20 noyabr 2014 15:20 (UTC +04:00)

TQDK-nın yeni ünvanı bəlli oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün yeni bina tikiləcək. Lent.az-ın əldə etdiyi məlumata görə, Komissiyanın yeni binası TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcək. Belə ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.

Yeni bina tikilənə qədər isə TQDK  Patamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək.  Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3173

Oxşar yazılar