TQDK-dan şagirdlərə xəbər
02 may 2013 16:24 (UTC +04:00)

TQDK-dan şagirdlərə xəbər

XI sinif şagirdləri mayın 6-da Azərbaycan dilindən,  7-də riyaziyyatdan, 8-də isə fizikadan imtahan verəcəklər. Bu barədə Lent. az-a TQDK-nın mətbuat xidmətindən bildirilib. Azərbaycan bölməsinin V sinif şagirdləri mayın 6-da Azərbaycan dilindən,  7-də isə riyaziyyatdan, rus bölməsinin V sinif şagirdləri isə 8-də rus dilindən  imtahan verəcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 29-da, 30-da və mayın 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirib.

Növbəti monitorinq imtahanları mayın 6, 7 və 8-də  Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında  V və XI sinif şagirdləri arasında keçiriləcək. İmtahan XI siniflər üçün saat 10:00-da, V siniflər üçün isə 12:00 başlanacaq. Monitorinq imtahanı XI siniflər arasında 119, V siniflər arasında isə 182 məktəbdə keçiriləcək. İmtahanlarda 4386 XI sinif şagirdinin, 5935 V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1662

Oxşar yazılar