Tələbə Qəbulu üzrə Dövlət Komissiyası pedaqoji ictimaiyyət, valideynlər və şagirdlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a məlumat verilib. 2013-cü il fevralın 5-də saat 15:00-da TQDK-da keçiriləcək elmi-metodiki seminarda orta ümumtəhsil məktəblərinin 3-cü sinfi üçün Həyat bilgisi dərsliyi ilə bağlı müzakirələr aparılacaq. Seminar iclası Komissiyanın internet saytında canlı yayımlanacaq və müəllimlər və şagirdlər keçirilən müzakirələri internet vasitəsi ilə izləyə biləcəklər.
TQDK-dan verilən digər məlumatda isə qeyd olunur ki, qurumda Azərbaycan dili, İngilis dili və xarici dil fənləri (alman və fransız dili) üzrə dərslik və müəllim üçün metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı seminar iclası keçirilib. Müzakirələrdə dərsliklər barədə fikir və təkliflər səsləndirilib.