TQDK əməkdaşları tərəfindən tərtib edilmiş yeni proqram sistemlərinin ilkin təqdimatı keçirilib. Bu barədə Lent.az-ı qurumun mətbuat xidməti məlumatlandırıb.
İlkin olaraq “Yazı işlərinin yoxlanması sistemi” barədə məlumat verilib. Bu, gələcəkdə müxtəlif məzmunlu imtahanlarda namizədlərin yazı işlərini yoxlayan ekspertlərə (markerlərə) daha səmərəli və geniş imkanlar yaradacaq.Sistem vasitəsilə ucqar bölgələrdə yaşayan, eləcə də ev şəraitində çalışmaq istəyən müəllimlərin də marker kimi fəaliyyətinə imkan yaradılacaq.
Növbəti təqdimat “Nəzarətçilərin elektron qeydiyyat sistemi” olub. Proqramın müəllifi, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı Elməddin Muxtarzadə proqramın təminatı, onun ayrı-ayrı komponentləri barədə ətraflı məlumat verib.
Qeyd edək ki, yaxın gələcəkdə nəzarətçi-müəllimlərə dair məlumat bazalarında kağız daşıyıcılarının tamamilə ləğvi nəzərdə tutulur , bu sistem həmin məqsədin reallaşmasına xidmət edir.