TQDK-da mübahisə düşüb
25 yanvar 2013 12:41 (UTC +04:00)

TQDK-da mübahisə düşüb

TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarda ümumtəhsil məktəblərinin V sinfi üçün riyaziyyat dərsliyinin müzakirəsi keçirilib. Lent.az-ın məlumatına görə, seminar- iclasda TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, müxtəlif dərsliklərin monitorinqi davamlı olaraq komissiyada təşkil olunur. Onun sözlərinə görə, hər bir iclasda olduğu kimi V sinif riyaziyyat dərsliyinin müzakirəsində də müəlliflər, təhsil ictimaiyyətinin nümayəndələri dərsliyin məzmunu ilə bağlı fikirlər, dərslikdəki səhvlər, dizayn, mövzuların uşaqların psixologiyasına uyğunluğu ilə bağlı müzakirələr aparılır. Artıq V sinif dərsliyi ilə bağlı təkliflər TQDK-ya təqdim olunub və onlar ümumiləşdirilərək məruzə şəklində qeyd olunub.

İclasda o da qeyd olunub ki, dərslikdə şagirdlərin yaş xüsusiyyətinə uyğun olmayan şəkildə çalışmalar verilib. Kurrikulumda olmayan bəzi anlayışlar dərsliyə salınıb. Dərslikdəki bəzi mövzular V sinif yaş xüsusiyyətlərinə, bilik səviyyəsinə uyğun deyil. Dərsliyin müzakirəsi zamanı ətraflı müzakirə zamanı mübahisə yaranıb. Dərslik müəllifləri, müəllimlər iclasda səsləndirilən fikirlərlə razılaşmayıb.

Qeyd edək ki, hazırda müzakirələr davam edir. Müzakirələrdə dərslik müəllifləri, riyaziyyat fənni müəllimləri ilə yanaşı Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı da iştirak edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2023

Oxşar yazılar