TQDK-da magistraturaya qəbulla bağlı iclas keçirilib
23 oktyabr 2013 15:34 (UTC +04:00)

TQDK-da magistraturaya qəbulla bağlı iclas keçirilib

2014 – 2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın cari ildə ilk iclası keçirilib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər. Seminar iclasını giriş sözü ilə TQDK-nın Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun müdiri M. Əkbərli açıb. Seminarın növbəti tədris ili üçün magistraturaya qəbul imtahanına hazırlıqla əlaqədar fəaliyyətini əks etdirən iş planı iştirakçılar tərəfindən müzakirə edilərək qəbul olunub. 

 

Daha sonra növbəti tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün proqramların layihəsi seminar iştirakçılarına təqdim edilib. Növbəti seminarda proqramların müzakirəsi keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346

Oxşar yazılar