Adi məktəblərin bakalavriat və ya magistratura səviyyələrini fərqlənmə ilə bitirən müəllimlərin əməkhaqqı fərqlidir.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi bəyan edib ki, müvafiq nazirliklər ilə razılaşdırılmış və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyəsini adi nümunəli diplomla bitirən və işə yeni başlayan müəllimlərə əməkhaqqı əməyin ödənilməsinin Vahid Tarif Cədvəli üzrə 10-cu dərəcə ilə, ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirən və işə yeni başlayan müəllimlərə isə əməkhaqqı 11-ci dərəcə ilə hesablanıb ödənilir.