2013-cü il ərzində Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələri üzrə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qrafikə əsasən, fevral 13-dən səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilib. Belə ki, dünən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 40 nəfər, bu gün isə Respublika Neyrocərrahlıq Xəstəxanasında 66 nəfər tibb işçisi könüllü olaraq qan verib. Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.