Temperatur yüksələcək
23 sentyabr 2013 12:54 (UTC +04:00)

Temperatur yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 24-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 25-nə keçən gecə bəzi yerlərdə qısa müddətli yağış yağacağı, səhər kəsiləcəyi, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturun gecə 17-20 dərəcə,  gündüz 23-28 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Aran rayonlarında gecə 15-19 dərəcə, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.  

 

Ayın 24-də Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması, arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Sentyabrın 25-də isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti bu gün müşahidə olunacaq. Sabahdan temperatur bir qədlər yüksələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1544
avatar

Oxşar yazılar