Temperatur 33 dərəcəyə yüksələcək
24 may 2013 14:34 (UTC +04:00)

Temperatur 33 dərəcəyə yüksələcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti mayın 25-ə olan hava proqnozunu açıqlayıb. Qurumdan Lent. az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230

Oxşar yazılar