Temperatur 32 dərəcəyə çatacaq
22 may 2013 12:37 (UTC +04:00)

Temperatur 32 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti  qarşıdakı 3 gün ərzində gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

 

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

 

Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 14-18 dərəcə, 25-30 dərəcə isti olacaq.  Mayın 25-də isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən  buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Temperatur gecə 13-18 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, mayın 23-də əsasən yağmursuz, gecə-səhər bəzi yerlərdə duman olacağı  gözlənilir. Şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.  Temperatur gecə 12-17 dərəcə, gündüz 24-29  dərəcə, bəzi yerlərdə 32 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.

 

Mayın 24-də  və 25-də Azərbaycanın rayonların hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti olacaq.  Dağlarda gecə 6-11 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar