Telefonla internetə daxil olanların sayı artıb
03 iyul 2017 02:00 (UTC +04:00)

Telefonla internetə daxil olanların sayı artıb

0

Azərbaycanda internetdən istifadə etmək üçün mobil telefonlardan istifadə ilin əvvəli ilə müqayisədə 6 faizə qədər artıb.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə,  2017-ci ilin yanvar ayında bu göstərici 53,58 faiz idisə, iyunda 59,51 faizə çatıb. Eyni zamanda internetdən istifadədə stolüstü kompyuterlər və noutbukların payı da 6 faizə qədər azalıb. İlin əvvəlində stasionar kompyuterlərin payı 42,53 faiz olduğu halda, bu rəqəm iyunda 36,91 faizə enib. Ötən ilin ilk 6 ayı ilə müqayisədə mobil internet ölkədə 12 faizə qədər yüksəlib.

 

Azərbaycanda mobil telefonlardan istifadə payı dünya göstəricilərini 7 faizə qədər üstələyir. Belə ki, bu ilin birinci yarısına dünya üzrə mobil internetdən istifadə 53 faizə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar