Tələbələr təqaüd almaq üçün imtahan verəcəklər
12 aprel 2013 14:38 (UTC +04:00)

Tələbələr təqaüd almaq üçün imtahan verəcəklər

0

TQDK aprelin 14-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təqaüd Proqramına namizədlərin seçimi üçün test imtahanı keçirəcək. Bu barədə Lent. az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

 

İmtahan saat 11:00 -da başlayacaq və 1 saat  davam edəcək. Müsabiqə neft və qaz sahəsi üzrə gənc savadlı mütəxəssislərin yetişdirilməsi və tələbələrdə elmi-təcrübi biliklərə həvəsin artırılması məqsədi daşıyır. Test imtahanında iştirak etmək üçün qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 2128 nəfər qeydiyyatdan keçib. İmtahan iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə namizədlər məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanı verəcəklər. 40 sualı  cavablandırmaq üçün namizədlərə 1 saat vaxt ayrılıb. 30 sualın hər biri üçün 5 cavab variantı nəzərdə tutulub. və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır.

Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar ümumi balı azaltmır. Birinci mərhələdən keçən namizədlər ikinci tura – müsahibə mərhələsinə vəsiqə qazanacaqlar. II tura keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra ARDNŞ tərəfindən təyin olunacaq. Müsahibəni isə ARDNŞ-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1093

Oxşar yazılar