Ali və orta ixtisas təhsili müəssisələrinin “Qaynar xətt” inə daxil olan müraciətlər operativ şəkildə araşdırılıb. Bu barədə Lent. az-a nazirlikdən məlumat verilib. Həmin müraciətlərin araşdırılması bu müəssisələrdə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa kömək edib.
Yanvar ayında edilən müraciətlərin 9-u dövlət, 6-sı özəl ali, 4-ü isə orta ixtisas təhsili müəssisələri ilə əlaqədar olub.