Tələbənin yoxlama yazı işlərinin yoxlanılması prosesini müşahidə etməsi ilə bağlı qayda açıqlanıb.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi tələbənin yoxlama yazı işlərinin yoxlanma prosesini yalnız ali təhsil müəssisəsi rəhbərliyinin razılığı ilə monitorla müşahidə edə biləcəyini açıqlayıb.
Yoxlama zalına kənar şəxslərin daxil olmasına icazə verilmir. Eyni zamanda Təhsil nazirinin 1059 saylı 11.09.2008-ci il tarixli əmri ilə təsdiq olunmuş “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən, imtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri (və ya testlər) əsasında həyata keçirilir. İmtahanların keçirilmə üsullarının müəyyənləşdirilməsi məsələsi ali təhsil müəssisəsinin səlahiyyətindədir.