Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb.
Lent.az-ın məlumatına görə, qeydiyyat prosesi bu gün saat 17:00‑da yekunlaşıb.
Qeyd olunan müddətdə ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməli idilər.
Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.