Tələbə köçürülmələrinə dair yeni qaydalar hazırlanır
23 sentyabr 2013 10:20 (UTC +04:00)

Tələbə köçürülmələrinə dair yeni qaydalar hazırlanır

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi birinci kurs və axırıncı semestr istisna olmaqla, Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.

 

Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir. Bununla bağlı müraciətlərə Təhsil Nazirliyinin müvafiq şöbəsində (Elm, ali və orta ixtisas təhsili şöbəsində) baxılır, sənədlər araşdırılır. Əsaslandırılmış səbəblər olduğu halda, (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) şöbənin verdiyi təqdimat əsasında tələbənin köçürülməsinə razılıq verilir. Onu da qeyd edək ki, hazırda bununla bağlı yeni qaydalar hazırlanmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089

Oxşar yazılar