Tələbə akademik borcu necə verməlidir? - QAYDA
27 iyul 2013 12:35 (UTC +04:00)

Tələbə akademik borcu necə verməlidir? - QAYDA

 

 

Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”yə əsasən, tələbəyə hər semestrdə 30 kreditə qədər fənnin tədrisi müəyyənləşdirilir.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tələbəyə hər semestrdə (birinci tədris ili istisna olmaqla) cəmi 8 kreditdən çox olmamaq şərti ilə 1 və ya 2 fənn də seçməyə icazə verilir.


Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Akademik borcu qalan tələbələrə həmin fəndən krediti qazanmaq üçün 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1453
avatar

Oxşar yazılar