Əsrin müqaviləsi:enerji strategiyasının qələbəsi
15 aprel 2014 17:29 (UTC +04:00)

Əsrin müqaviləsi:enerji strategiyasının qələbəsi

Respublikamız müstəqillik qazandıqdan sonra qarşıya qoyulmuş prioritetlərdən biri düzgün enerji strategiyasının qurulması, dünyanın qabaqcıl ölkələri ilə energetika sahəsində qarşılıqlı-faydalı münasibətlərin yaradılması və dünya enerji məkanında yüksək yerlərdən birini tutmaq idi. Bunun isə bir neçə səbəbi var:

    Nəzərə alsaq ki, müstəqilliyin ilk illərində Azərbaycan ciddi böhran keçirirdi və o zaman enerji ehtiyatlarının işlənməsi üçün texnologiyaların tətbiqinə ehtiyac duyurdu, o zaman xarici dövlətlərlə neft-qaz layihələrinin işlənməsi bu problemlərin qismən həlli demək idi;
    Məlum olduğu kimi, Azərbaycan o dövrdə Ermənistanın işğalına məruz qalmış və torpaqları işğal olunmuşdu. Buna görə də xarici dövlətlərin Azərbaycanla enerji və iqtisadi münasibətlərə cəlb olunması, enerji müqavilələrinin bağlanması onun suverenliyinə dəstək hesab oluna bilərdi;
    Bu günə kimi davam edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan özünə bu yolla beynəlxalq tərəfdaşlar qazana bilərdi;
    Həmçinin hal – hazırda davam edən əsas problemlərdən biri olan Xəzərin hüquqi statusu məsələsində də Azərbaycan xarici ölkələri neft-qaz layihələrinin işlənməsinə cəlb edərək həmin dövlətlərin dəstəyini qazanmaq şansı əldə edir;
    Eləcə də, dünyanın aparıcı dövlətləri ilə enerji siyasətinin qurulması həmin dövlətlər tərəfindən Azərbaycanın beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq sisteminə inteqrasiyasına yardım göstərmələrinə şərait yaratma imkanı verirdi.

Məhz bu səbəblərdən irəli gələrək Azərbaycan Respublikasının həyata keçirdiyi enerji strategiyası öz müsbət nəticəsini göstərdi. 20 sentyabr 1994-cü ildə imzalanan ilk neft sazişi olan “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesinin inkişafında yeni dövrün əsasını qoydu. Müqavilənin imzalanmasından və layihələrin işlənməsindən ( Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəmərləri ) keçən müddət ərzində Azərbaycan qarşıya qoyulan bir sıra məqsədlərə nail oldu.

    Respublikamız beynəlxalq aləmdə nüfuzunu xeyli dərəcədə yüksəltdi;
    Bu müqaviləni imzalamaqla Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya imkanı əldə etdi;
    Əldə olunan gəlir xalqın rifahının yaxşılaşdırılmasında mühüm rol oynadı;
    Neftdən gələn gəlirlər iqtisadiyyatın müxtəlif şaxələrinə yönəldilməklə həmin sahələrin inkişafına da zəmin yaratdı;
    Azərbaycanda sülhün və təhlükəsizliyin təmin olunmasına xarici dövlətlər tərəfindən dəstək artdı;
    Ölkənin geosiyasi mövqeyini daha da möhkəmlətdi;
    Dünya ölkələrinin Azərbaycana olan marağını daha da artırdı.

Beləliklə, bu müqavilə Azərbaycanın hərtərəfli inkişafına təkan verdi. Əldə olunan bu nailiyyətlər və “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi xüsusən Avropa ölkələri tərəfindən Azərbaycanla əməkdaşlığa marağı artırdı.

Ləman Xəlilova

"Azerbaijan Realities"
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728
avatar

Oxşar yazılar