Təhsil Nazirliyindən “qeyri-kafi” qiymət
02 mart 2013 10:37 (UTC +04:00)

Təhsil Nazirliyindən “qeyri-kafi” qiymət

 

Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbi və Gəncə 1 nömrəli Peşə Liseyinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını bildirib.

Qax Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Şərif Hacıyev,  Zaqatala Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Şahin Bəylərov, Ağdam Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev, Gəncə 1 nömrəli Peşə Liseyində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Sahib Rüstəmov akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışıb.

Sonra qeyd olunan peşə təhsili müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.

Təhsil naziri peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib.

İclasda Qax Peşə Liseyi, Zaqatala Peşə Məktəbi, Ağdam Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilərək müvafiq ixtisaslarının akkreditə olunması, Gəncə 1 nömrəli Peşə Liseyinin fəaliyyətinin “qeyri-kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunmaması barədə qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3037
avatar

Oxşar yazılar