Təhsil Nazirliyində elektron sənəd dövriyyəsi sistemi yaradılacaq
28 fevral 2013 20:36 (UTC +04:00)

Təhsil Nazirliyində elektron sənəd dövriyyəsi sistemi yaradılacaq

Təhsil Nazirliyində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq təhsil sisteminin müasir tələblər səviyyəsində inkişafına xidmət edən “Müəllimlərin distant əlavə təhsili” və “Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi” layihələrinin maraq doğurduğunu bildirib.

 

“Müəllimlərin distant əlavə təhsili” layihəsi üzrə ekspert Çoi Seon Mook təqdimat-məruzəsində layihə barədə ətraflı məlumat verib. Çoi Seon Mook müəllimlərin iş yerlərindən ayrılmadan və xüsusi vaxt müəyyənləşdirmədən əlavə təhsilə cəlb olunmasına imkan verən layihənin həyata keçirilməsi mexanizminin üstün cəhətlərindən söhbət açıb. Qonaq layihə üzrə proqram və mövzuların Təhsil Nazirliyi tərəfindən hazırlanacağını nəzərə çatdırıb, distant əlavə təhsil kurslarından keçən müəllimlərin müəyyən olunmuş mövzuları mənimsəmə səviyyəsinin elektron vasitələrdən istifadə edilməklə qiymətləndiriləcəyini bildirib.

 

“Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi” layihəsi üzrə ekspert Çul Yun Kim təqdimat-məruzəsində layihənin əhəmiyyəti barədə fikirlərini söyləyib. Qonaq qeyd edib ki, layihə çərçivəsində Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri və nazirliyin digər qurumları arasında elektron sənəd dövriyyəsi sistemi yaradılacaq. Layihənin Təhsil Nazirliyinə elektron müraciət imkanlarını genişləndirəcəyini vurğulayan Çul Yun Kim elektron sənəd dövriyyəsi zamanı elektron imzadan istifadə ediləcəyini deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889
avatar

Oxşar yazılar