Təhsil Nazirliyi noyabrın 8-də saat 14:00-da Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yürüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcək.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.
“Bayraq yürüşü” marşrutunun Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək olması nəzərdə tutulur.