Riyaziyyat fənni üzrə dərslik və müəllim üçün metodik vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı növbəti dəfə seminar iclası keçirilib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Gündəlik məsələ, ümumtəhsil məktəblərin 5-ci sinifləri üçün riyaziyyat dərsliyi və müəllim üçün metodik vəsaitin müzakirəsi olub.
Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.
Müzakirədə Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik müəllifləri Nayma Qəhrəmanova və Famil Hüseynov, Dərsliklərin Qiymətləndirmə Şurasının ekspertləri, Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.
Qeyd edək ki, ictimaiyyətin narazılıq etdiyi dərsliyin növbəti seminar iclasında müzakirəsi davam etdiriləcək.