Təhsil Nazirliyi saxta diplomların əsasən MDB ölkələrindən əldə edildiyini aşkarlayıb.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib.
Təhsil Nazirliyi xarici ölkələrin ali məktəblərini bitirmiş məzunların diplomlarının tanınması üçün edilən müraciətlərin statistikasını da açıqlayıb. 1 yanvar 2004-cü ildən bu günə qədər müraciət edən şəxslərdən 6 min 927 nəfərin ali təhsil haqqında sənədləri barəsində müsbət qərar qəbul edilib. 799 nəfərin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədə müvafiq hesab edilməyib.