Təhsil naziri nöqsanlarla bağlı prezidentə hesabat verdi
15 aprel 2014 10:09 (UTC +04:00)

Təhsil naziri nöqsanlarla bağlı prezidentə hesabat verdi

“Təhsil sahəsində baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi gələcəkdə də barışmaz olacaq, təhsil sistemində mövcud mənfi hallarla mübarizədə ardıcıl yanaşma tətbiq ediləcək”. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.

 

O qeyd edib ki, Azərbaycan prezidentinin təhsil sisteminin sürətli transformasiyasına nail olmaq barədə göstərişinin icrasının təmin edilməsi məqsədilə idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyinin Aparatında struktur dəyişiklikləri edilib, təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılıb, daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilib. Nazir qeyd edib ki, ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib. Nəticədə aparılan statistika göstərib ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalıb.

 

Dərsliklərdən danışan M. Cabbarov vurğulayıb ki, bu sahədəki problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir: “Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət irəliləyişlər olub. Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artıb. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də təsir göstərəcək. Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876
avatar

Oxşar yazılar