Təhsil Nazirliyində daha bir şöbə müdiri vəzifəsindən azad edilib.
Lent.az-ın verdiyi məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə nazirliyin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev vəzifəsindən azad olunub.
Qeyd edək ki, ötən gün nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrıza Əliyev də vəzifəsindən azad olunub.