Təhsil Nazirliyi bir neçə növbədə işləyən ümumi təhsil müəssisələrində dərslərin növbəlilik prinsipini açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə görə, bir neçə növbədə işləyən ümumi təhsil müəssisələrində (lisey və gimnaziyalar istisna edilməklə) I, V və buraxılış siniflərində dərslər birinci növbədə keçirilməlidir: “Əlbəttə, məktəbin imkanları daxilində bütün ibtidai siniflərin I növbəyə salınması məqsədəuyğun olardı. Məktəb rəhbərləri bunu daim diqqətdə saxlamalıdırlar. Şərait yarandığı halda, ibtidai sinfin əvəzinə yuxarı sinfin I növbəyə salınması yolverilməzdir”.