<b>“Alimlər şəhərciyi”ndən təhsil işçiləri də mənzil ala biləcək</b>
30 aprel 2018 10:42 (UTC +04:00)

“Alimlər şəhərciyi”ndən təhsil işçiləri də mənzil ala biləcək

0

Abşeron rayonu Saray qəsəbəsində salınan "Alimlər şəhərciyi" yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər. AMEA-dan Lent.az-a verilən məlumata görə, bundan başqa, Akademiyanın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.

 

Qeyd edək ki, layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır. “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 543

Oxşar yazılar