“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlar ildən ilə çətinləşir”.
Lent.az-ın məlumatına görə, bunu ANS-in “Günə baxan” verilişində Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov bildirib. İdarə müdirinin müavini qeyd edib ki, TQDK hər il qəbul imtahanlarında testləri çətinləşdirir. “Müəllimlərin əmək haqlarının az olması və eyni zamanda, testlərin çətin olması repititorluğa səbəb olur” –deyə, M. Bayramov əlavə edib.
M. Bayramov onu da bildirib ki, testlərin çətinliyi abituriyentləri ağır yük altına salır: “Yuxarı sinif şagirdləri ancaq qəbul imtahanına hazırlaşmaqla məşğul olurlar. Buna görə də onlar mədəniyyətdən, idmandan uzaq düşürlər”.
Təhsil İdarəsinin müdiri müavini onu da vurğulayıb ki, bəzən müəllimlər orta məktəblərdə az dərs tədris edib, vaxtlarını repititorluğa sərf edirlər.