Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi dəyişdirildi
Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov tutduğu vəzifədə azad olunub.
Lent.az-ın “ans press”ə istinadən məlumatına görə, səhiyyə nazirinin müvafiq əmri ilə onun yerinə Rauf Nağıyev təyin olunub.
Həkim M.Həmidov Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tutduğu vəzifədən azad olunduğunu təsdiqləyib.
Mürsəl Həmidov bildirib ki, hazırda Səhiyyə Nazirliyinin təcili yardımında baş həkim vəzifəsinə təyin olunub.
Qeyd edək ki, R.Nağıyev əvvəllər Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini vəzifəsində işləyib. 2011-ci ildə o, səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. R. Nağıyev həmin ildən Bakı şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsində çalışıb.