Tarif Şurası yanacağın qiymətinin qaldırılmasını əsaslandırdı - QƏRAR
03 dekabr 2013 11:24 (UTC +04:00)

Tarif Şurası yanacağın qiymətinin qaldırılmasını əsaslandırdı - QƏRAR

Tarif Şurası ölkə daxilində neft məhsullarının qiymətinin qaldırılması barədə qərarı əsaslandırıb. Lent.az Şuranın qərarını olduğu kimi təqdim edir...

 

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR №14

 

Bakı şəhəri, 2 dekabr 2013-cü il

 

Ölkə daxilində neft məhsullarının tariflərinin 

tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. bu qərarla təsdiq edilmiş tariflərdə ölkə daxilində istehsal olunan və satılan neft məhsulları üzrə qanunvericiliklə müəyyən edilmiş vergilər nəzərə alınmışdır;

2.2. şirkətdaxili tariflərdə vaqonların yüklənməyə verilməsi, onların təmizlənməsi, yüklənməsi və yüklərin yola salınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı şəhərindəki dayanacaqlarına çatdırılması xərcləri nəzərə alınmışdır;

2.3. neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də təchizat tarifləri daxil edilmişdir;

2.4. neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərindən təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tarifləri ilə həyata keçirirlər;

2.5. topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxildir;

2.6. mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə həyata keçirirlər;

2.7. bu qərarda göstərilən neft məhsulları idxal olunduqda onların satışı qanunvericiliklə müəyyən edilmiş rüsum və vergilər ödənilməklə, bu qərarla təsdiq edilən topdansatış və pərakəndə satış tarifləri əsasında həyata keçirilir.

2.7. ölkəyə idxal olunan neft məhsullarının satışı qanunvericiliklə müəyyən edilmiş rüsum və vergilər ödənilməklə, bu qərarda göstərilən topdansatış və pərakəndə satış tarifləri əsasında həyata keçirilir.

3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:

3.1. “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” 6 yanvar 2007-ci il tarixli 1 nömrəli Qərarı;

3.2. “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 01 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 mart 2007-ci il tarixli 10 nömrəli Qərarı;

3.3. “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 1 nömrəli Qərarına əlavə və dəyişikliklərin olunması haqqında” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 mart tarixli 10 nömrəli qərarının 2007-ci il 08 yanvar tarixindən tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 iyul 2007-ci il tarixli 21 nömrəli Qərarı;

3.4. “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 1 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 7 nömrəli Qərarı;

3.5. “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 1 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 10 nömrəli Qərarı.

4. Bu qərar 3 dekabr 2013-cü il tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                        Şahin Mustafayev

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12177
avatar

Oxşar yazılar