Aparılacaq təmir işləri ilə əlaqədar Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.
“Azəravtoyol”dan Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən bir neçə günlük tətbiq ediləcək.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Alternativ olaraq sürücülər Nobel prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti-Fəzail Bayramov küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər.