<span style="color:red;">Sürücülərin diqqətinə : bu yollarda rənglənmə və təmir aparılır
26 iyul 2018 10:37 (UTC +04:00)

Sürücülərin diqqətinə: bu yollarda rənglənmə və təmir aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45—52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-360 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, bundan başqa Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu rayonu, Sabunçu yol qovşağında üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

 

İşlər axşam saatlarında yekunlaşdırılacaq.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325
avatar

Oxşar yazılar