Bakının Tbilisi prospektinin Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsindən İzmir prospekti ilə kəsişməsinədək olan hissəsində təmir işləri yekunlaşdırılıb. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, yolun bağlanmış 500 metrlik hissəsində asfalt-beton örtüyü dəyişdirilib, mərmər bardürlər döşənib, xətlər rənglənib, yol nişanları qoyulub: “Hərəkətin məhdudlaşdırıldığı hissənin bu gün saat 14:00-dan etibarən nəqliyyatın istifadəsində olacağı gözlənilir”.