Proqramda QHT-lərin inkişaf perspektivləri əksini tapıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hazırladığı “QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Proqramı”nın ictimai müzakirəsini keçirəcək.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İnkişaf Proqramı yaxın 5 ildə ölkə QHT-lərinin inkişaf perspektivlərini əks etdirir.
Tədbir yanvarın 30-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.