Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq xarici ölkə QHT-ləri üçün maliyyə yardımı müsabiqəsi elan edib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, QHT-lər müsabiqə elanın mətni, şərti və qaydaları haqqında Şuranın hər üç saytı
(www.cssn.gov.az, www.qhtxeber.az, www.e-qht.az) vasitəsi ilə tanış ola bilərlər.